İtaliyalı məşqçi ərəblərin təklifini RƏDD ETDİ

İtaliyalı məşqçi ərəblərin təklifini RƏDD ETDİ

Hazırda oxunan: İtaliyalı məşqçi ərəblərin təklifini RƏDD ETDİ

250392

"İnter"in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanına yollanmaqda imtina edib.

Bizim.Media "SkySport"a istinadən xəbər verir ki, “Əl-Hilal” italiyalı mütəxəssisə təklif göndərib.

Amma 49 yaşlı məşqçi həmin təklifə müsbət yanaşmayıb. Ərəblər onunla Milanda üzbəüz görüşüb.
 

Lakin İnzaqi indiki klubunda xoşbəxt olduğu və komanda ilə işləməyə davam etmək niyyətində olduğunu qarşı tərəfə bildirib.


Qeyd edək ki, “İnter” İtaliya A Seriyasının 37-ci turundan sonra “Napoli”dən 1 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO