Fliklə bu həftə müqavilə imzalanacaq

Fliklə bu həftə müqavilə imzalanacaq

Hazırda oxunan: Fliklə bu həftə müqavilə imzalanacaq

250205

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu həftə klubu ilə yeni müqavilə imzalayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. O, rəsmi imzanın çərşənbə günü reallaşacağını bildirib.

Almaniyalı məşqçinin özünün istəyi ilə yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Flikin müqaviləni daha uzun müddətə uzatmaq istəmədiyi bildirilib.

Qeyd edək ki, Kataloniya klubundakı ilk mövsümündə Flik üç kubok qazanıb. 2024-cü ilin mayından "Barselona"nın baş məşqçis olan 60 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO