Azərbaycan çempionu olan “Qarabağ” klubu mükafatlandırıldı - FOTO/VİDEO

Azərbaycan çempionu olan “Qarabağ” klubu mükafatlandırıldı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan çempionu olan “Qarabağ” klubu mükafatlandırıldı - FOTO/VİDEO

250037

Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi XXXV turda “Azersun Arena”da "Kəpəz"lə baş tutan oyundan sonra qızıl medallara layiq görülüb.
 

12-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.


Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev və digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO