Braziliya klubu Ronaldoya təklif göndərdi

Braziliya klubu Ronaldoya təklif göndərdi

Hazırda oxunan: Braziliya klubu Ronaldoya təklif göndərdi

249998

"Əl-Nəsr"lə müqaviləsi gələn ilin yayında başa çatacaq hücumçu Kriştiano Ronaldoya adı açıqlanmayan Braziliya klubundan təklif gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
 

Braziliya komandası portuqaliyalı futbolçuya bazar qiymətlərini aşan şərtlər irəli sürür. Ronaldonun bu təklifi qəbul etməklə klublararası dünya çempionatında oynamaq imkanı qazanacağı vurğulanır.


Hazırda “Əl-Nasr” və 40 yaşlı forvard komandada qaldığı müddətdə böyük uğur əldə etmədiyi üçün müqaviləsinin uzadılmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşır.

Qeyd edək ki, iyunun 15-də start götürəcək klublararası dünya çempionatında Braziliyanın 4 komandası - Palmeiras, Flamengo, Fluminense və Botafoqo mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO