Rəşad Sadıqov “Sabah”la oyundan DANIŞDI

Rəşad Sadıqov “Sabah”la oyundan DANIŞDI

Hazırda oxunan: Rəşad Sadıqov “Sabah”la oyundan DANIŞDI

249903

“Yaxşı oyun oldu. Hər iki komandanı buna görə təbrik edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”a qarşı Misli Premyer Liqasının 35-ci turunun ev oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında bildirib.

Onun dediyinə görə, turnir cədvəlində bütün vəzifələrini artıq yerinə yetirmələrinə baxmayaraq, hər oyuna maksimum nəticə üçün çıxırlar. “Amma hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır” - deyə Sadıqov vurğulayıb.

O qeyd edib ki, ikinci hissədə komandasından gözlədiyi oyunu görüb: “Bəli, rəqibin təhlükəli epizodları oldu, amma biz intizamı qoruyaraq diqqətıi oyun sərgilədik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO