Azərbaycan 1-ci Liqasının çempionu "Qəbələ" mükafatlandırılıb.
Bizim.Media xəbər verir ki, bu, turnirin 26-cı turunda "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.
Mükafatları AFFA və Peşəkar Futbol Liqasının rəsmiləri təqdim edib.
Qeyd edək ki, turnir cədvəlinin lideri “Qəbələ" mövsümün sonuna 1 oyun qalmış - 26 turdan 64 xal toplayıb.
15 may
"Qəbələ" – "Zaqatala" - 4:0
Qollar: D.Massumo, 29, 54; A.Şuaybu, 39; E.Tağıyev, 81
Bizim.Media