Azərbaycan Kubokunun finalında “Qarabağ”la qarşılaşacaq “Sabah” həlledici oyundan sonra iki qapıçısı ilə yollarını ayıra bilər.
Bizim.Media xəbər verir ki, böyük ehtimalla mövsümdə heç də yaxşı təsir bağışlamayan qazaxıstanlı qolkiper Stas Pokatilovla yeni müqavilə imzalanmayacaq.
Onun Masazır təmsilçisi ilə olan sözləşməsi iyunda başa çatacaq. Baş məşqçi Vasili Berezutski Pokatilovun çıxışından narazı qalıb. O, 33 yaşlı çərçivə qoruyucusu ilə yeni sözləşmə imzalanmasını istəmir.
Komandanın gənc yerli qapıçısı Yusif İmanov da heyətdən ayrıla bilər. Belə ki, “Sabah” onu icarəyə göndərmək barədə düşünür.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
11:41 / 15.05.2025
Qazaxıstanlı qapıçı “Sabah”ı TƏRK EDİR?
Hazırda oxunan: Qazaxıstanlı qapıçı “Sabah”ı TƏRK EDİR?
Hazırda oxunan: Qazaxıstanlı qapıçı “Sabah”ı TƏRK EDİR?
249448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.