"Mançester Siti" Olmonu HƏDƏFLƏDİ

"Mançester Siti" Olmonu HƏDƏFLƏDİ

Hazırda oxunan: "Mançester Siti" Olmonu HƏDƏFLƏDİ

249209

"Mançester Siti" "Barselona"nın futbolçusu Dani Olmonu hədəfləyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
 

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola həm qol epizodları yaradan və onlardan yararlanan ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir.


Lakin bir neçə amil var ki, keçidin reallaşdırmasına mane ola bilər. Əsas səbəb 27 yaşlı oyunçunun özünün Kataloniya klubunda qalmaq istəməsidir.

Qeyd edək ki, Dani Olmo bu mövsüm "Barselona"nın heyətində 36 oyuna çıxaraq 11 qol vurub və 6 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2030-cü ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO