Ançelotti rəsmən Braziliya MİLLİSİNDƏ

Ançelotti rəsmən Braziliya MİLLİSİNDƏ

Hazırda oxunan: Ançelotti rəsmən Braziliya MİLLİSİNDƏ

248969

"Real"ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı rəsmiləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

 

İtaliyalı mütəxəssislə 1 illik müqavilə imzalandığı bildirilib. Sözləşmə 2026-cı ildə keçiriləcək dünya çempionatını əhatə edəcək. 65 yaşlı mütəxəssisin mayın 26-da millidə fəaliyyət başlayacağı bildirilib.


Qeyd edək ki, Ançelotti "Real"da İspaniya çempionluğunu, iki dəfə ölkə kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. O, həmçinin Madrid klubu ilə iki dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. Ançelottini bu vəzifədə mövsümün sonunda "Bayer"dən ayrılacağı açıqlanan Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO