"Bayer" komandadan ayrılacaq baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
Bizim.Media xəbər verir ki, Almaniya klubu sosial şəbəkə hesablarında ispaniyalı mütəxəssisə təşəkkür edib.
Leverkuzen təmsilçisinin paylaşımında yüksək nəticələrə görə məşqçiyə təşəkkür ifadə olunub.
Həmçinin bildirilib: "Professor. Məşqçidən daha çox əfsanə. Hər şeyə görə təşəkkür edirik".
Xabi Alonsonun yeni mövsümdən "Real"ı çalışdıracağı gözlənilir.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir. Leverkuzen klubu ötən mövsüm Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionu olub. Bu mövsüm isə "Bayer" 2-ci yeri təmin edib. Komanda sona 2 tur qalmış 68 xalla 2-ci yerdədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:53 / 09.05.2025
"Bayer"dən Alonso ilə bağlı vida PAYLAŞIMI
Hazırda oxunan: "Bayer"dən Alonso ilə bağlı vida PAYLAŞIMI
Hazırda oxunan: "Bayer"dən Alonso ilə bağlı vida PAYLAŞIMI
248532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.