"Barselona"nın sabiq baş məşqçisi Xavi öz gələcəyi və sabiq komandası haqda danışıb.
Bizim.Media xəbər verir ki, o, "The Athletic" nəşrinə müsahibəsində deyib:
“Təkrar baş məşqçi kimi qayıtmaq istəyirəm. İngiltərə Premyer Liqasında işləmək istərdim. Mən yaxşı bir layihəyə hazıram. Məsələn, desinlər ki, mənə dörd il vaxt verilir, bu müddətdə layihə qurum və inkişaf etdirim”.
Mütəxəssis "Barselona"nın baş məşqçisi Hans-Diter Flik və gənc oyunçularından da söz açıb: “Hansi Flik mənimlə görüşmək üçün gəldi və biz iki saat söhbət etdik. Aramızda yaxşı münasibət var. O dedi: ‘Çox sağ ol. Sənin bu komandada yaratmağa kömək etdiyin şeylər məni xoşbəxt edir. Oyunçular çox çalışır və səndən müəyyən bir mentalitet öyrəniblər’.
Lamin Yamala və Pau Kubarsiyə debüt şansı verdiyim üçün xoşbəxtəm və fəxr edirəm! Lamin dahidir. O, ən yaxşısı olacaq. Qavi, Balde və digər gənc oyunçuları komandaya cəlb etdiyi üçün Ronald Komana da təşəkkür düşür”.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 09.05.2025
Xavi Premyer Liqada çalışmaq istəyindən, Flik və Yamaldan DANIŞDI
Hazırda oxunan: Xavi Premyer Liqada çalışmaq istəyindən, Flik və Yamaldan DANIŞDI
Hazırda oxunan: Xavi Premyer Liqada çalışmaq istəyindən, Flik və Yamaldan DANIŞDI
248421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.