Reşford yenidən "Barselona" ilə danışıqlara BAŞLADI

Reşford yenidən "Barselona" ilə danışıqlara BAŞLADI

Hazırda oxunan: Reşford yenidən "Barselona" ilə danışıqlara BAŞLADI

248418

"Aston Villa"da icarə əsasında çıxış edən "Mançester Yunayted"in futbolçusu Markus Reşford özünü "Barselona"ya təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Hücumçunun agenti Pini Zahavi həmçinin də Kataloniya klubunun baş məşqçisi Hans-Diter Fliklə əməkdaşlıq edir. Bundan əlavə, Zahavinin klubun prezidenti Joan Laporta ilə də yaxşı münasibətləri var. Bu səbəbdən ingiltərəli oyunçu "Barselona"ya keçmək üçün agenti ilə çalışmağa başlayıb.

Futbolçuya yaxın mənbələr bildirirlər ki, yay transfer pəncərəsi ərəfəsində tərəflər arasında ilkin danışıqlar artıq başlayıb. Reşfordun Kataloniya klubuna icarə əsasında keçmək ehtimalı var. O, maaşının azalmasına da hazırdır.

Qeyd edək ki, Markus Reşford hazırkı ilin qış transfer pəncərəsində də "Barselona"ya keçmək istəyirdi, lakin bunun üçün klub hansısa futbolçusu ilə yollarını ayırmalı idi. Nəticədə o, fevralda icarə əsasında "Aston Villa"ya keçdi. Bu müddət ərzində 27 yaşlı hücumçu 17 oyuna çıxaraq 4 qol vurub və 5 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO