"Fiorentina" baş məşqçi ilə müqaviləni UZATDI

"Fiorentina" baş məşqçi ilə müqaviləni UZATDI

Hazırda oxunan: "Fiorentina" baş məşqçi ilə müqaviləni UZATDI

248170

"Fiorentina" baş məşqçisi Raffaele Palladini ilə müqavilə müddətini uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Mütəxəssisin İtaliya təmsilçisi ilə sözləşməsində avtomatik uzadılma bəndi var. Beləliklə, o, 2027-ci ilin yayına qədər klubla razılıq əldə edib.


Qeyd edək ki, Raffaele Palladini "Fiorentina"ya 2024-cü ilin yayında təyin olub.

Hazırda komanda İtaliya A Seriyasında 59 xalla 8-ci yerdədir. Konfrans Liqasında isə italiyanlar yarımfinalın ilk oyununda "Betis"ə 1:2 hesabı ilə məğlub olub. Cavab görüşü mayın 8-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO