Azərbaycan klubunun baş məşqçisi komandadan ayrıldı

Azərbaycan klubunun baş məşqçisi komandadan ayrıldı

Hazırda oxunan: Azərbaycan klubunun baş məşqçisi komandadan ayrıldı

247520

“Hər son bir başlanğıcdır. İki il əvvəl başladığımız hekayənin sonuna gəldik".

Bizim.Media xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasnın baş məşqçisi Murat Dikmen sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Türkiyəli mütəxəssis klubla vidalaşdığını açıqlayıb:
 

"Gəldiyim vaxt liqada yeni yaradılan bir klub olaraq 84% qələbə ilə müntəzəm mövsümü ikinci yerdə bitirdik, çempionatda və kubokda final oynadıq, avrokuboklarda iştirak haqqı əldə etdik. Yerli oyunçuların inkişafında rolumuz oldu. Azərbaycan Basketbol Liqasında hörmət edilən və izlənilməsi zövq verən bir komanda olduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Bundan sonra "Naxçıvan" klubuna uğurlar arzulayıram".


Qeyd edək ki, "Naxçıvan" Azərbaycan Basketbol Liqasınįn pley-offunda "Abşeron"a uduzaraq, yarımfinaldan kənarda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO