1-ci Liqada 23-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün baş tutan oyunlardan sonra Premyer Liqaya vəsiqə qazanan daha iki komanda məlum olub.
"Qəbələ"dən sonra "İmişli" və "Karvan" da mövsümü ilk 3-lükdə başa vurmağı təmin edib.
2-ci pillədə qərarlaşan "İmişli" səfərdə "Zaqatala"ya qalib gəlib. 3-cü yerdə olan "Karvan" isə doğma meydanda "Cəbrayıl"dan üstün olub. "İmişli" mövsümün bitməsinə 4 tur qalmış 4-cü sıradakı "Zaqatala"nı 16, "Karvan" isə 15 xal qabaqlayır.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, I Liqadan 3 komanda Premyer Liqaya yüksələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:19 / 25.04.2025
“Karvan” və “İmişli” Premyer Liqaya vəsiqə QAZANDI
Hazırda oxunan: “Karvan” və “İmişli” Premyer Liqaya vəsiqə QAZANDI
Hazırda oxunan: “Karvan” və “İmişli” Premyer Liqaya vəsiqə QAZANDI
246128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.