Millimizin üzvü Polşada klubunu dəyişmək İSTƏYİR

Millimizin üzvü Polşada klubunu dəyişmək İSTƏYİR

Hazırda oxunan: Millimizin üzvü Polşada klubunu dəyişmək İSTƏYİR

245936

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın "Radomyak" klubundan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, 29 yaşlı müdafiəçi baş məşqçisi Joao Henrikesin gözündən düşüb.

Məmmədov sonuncu dəfə fevralda "Radomyak"ın heyətində meydana çıxıb.
O, zədədən qayıtdıqdan sonra martda Azərbaycan millisinin oyunlarının ardından klubun düşərgəsinə gec qoşulub.

Futbolçu gecikməsi ilə bağlı baş məşqçiyə məlumat belə verməyib. Bu isə onun heyətdən kənarda qalmasına səbəb olub.
Millimizin üzvü artıq özünə yeni klub axtarır.

Qeyd edək ki, Rahil Məmmədov ötən ilin yayında "Radomyak"a keçib. Bu komandada millimizin digər üzvü Renat Dadaşov da çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO