Bəbir və Leyla III MDB Oyunlarının simvolu oldu -VİDEO

Bəbir və Leyla III MDB Oyunlarının simvolu oldu -VİDEO

Hazırda oxunan: Bəbir və Leyla III MDB Oyunlarının simvolu oldu -VİDEO

245645

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları məlum olub.

Bizim.Media xəbər verir ki, onlar III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransında ictimaiyyətə açıqlanıb
 

Enerjili, mehriban Bəbir və Leyla oyunların simvollarıdır. Bəbir Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirir. Bu nadir heyvan ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb.


Qeyd edək ki, bəbir Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunmasını əhatə edən "Böyük beşlik" Proqramına, Azərbaycan Respublikasının "Qırmızı Kitabına və sayı "kritik həddə olan növ" kateqoriyası altında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilib.

Xatırladaq ki, sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə edəcək. Oyunlar Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təşkil ediləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO