"Real"ın futbolçusu Kilian Mbappe "Barselona"ya qarşı İspaniya kubokunun final oyununda meydana çıxa bilər.
Bizim.Media xəbər verir ki, fransalı hücumçu zədəsini sağaldıb və artıq oynamağa hazırdır.
"Barselona" - "Real" oyunu aprelin 26-da keçiriləcək.
Qeyd edək ki, Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin "Arsenal"la cavab matçında topuğundan zədələnmişdi.
Bizim.Media