Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün bir qarşılaşma olub. "Gəncə" evdə "Şəki"yə 94:71 xal hesabı ilə qalib gəlib. Rəqiblərin ilk oyununda "Şəki" qalib gəldiyindən (85:84) növbəti mərhələyə çıxacaq komandanı müəyyənləşdirmək üçün üçüncü matç keçiriləcək. Bu cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" qarşılaşmasının güclüsü ilə görüşəcək.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
20 aprel
14:00. "Gəncə" - "Şəki" 94:71
Gəncə İdman Sarayı
Qeyd edək ki, pley-off mərhələsinin ikinci oyunları çərçivəsində növbəti qarşılaşmalar aprelin
21-22-də keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media