"Qarabağ" - "Neftçi" oyununda neçə azarkeş iştirak edib?

"Qarabağ" - "Neftçi" oyununda neçə azarkeş iştirak edib?

Hazırda oxunan: "Qarabağ" - "Neftçi" oyununda neçə azarkeş iştirak edib?

245095

Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.

Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.

“Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.

Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.

Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO