Mahirin dubl etdiyi oyunda “Nürnberq” məğlub olub - VİDEO

Mahirin dubl etdiyi oyunda “Nürnberq” məğlub olub - VİDEO

Hazırda oxunan: Mahirin dubl etdiyi oyunda “Nürnberq” məğlub olub - VİDEO

245040

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya çempionatında növbəti qollarını vurub.

Bizim.Media xəbər verir ki, II Bundesliqada çıxış edən “Nürnberq”in formasını geyinən 28 yaşlı hücumçu XXX turun “Paderborn”la ev görüşündə fərqlənib.

O, matçın 2-ci dəqiqəsində hesabı açıb. Lakin “Nürnberq” üstünlüyünü qoruya bilməyərək üç top buraxıb. Mahir uzatma dəqiqələrində dublunu rəsmiləşdirsə də komandası 2:3 hesabı ilə uduzub. Mahir bu görüşü əvəzolunmadan meydanda olub.

Qeyd edək ki, 30 oyunda 44 xal toplayan “Nürnberq” turnir cədvəlində 8-cidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO