Millimiz böyük hesabla Xorvatiyaya MƏĞLUB OLDU

Millimiz böyük hesabla Xorvatiyaya MƏĞLUB OLDU

Hazırda oxunan: Millimiz böyük hesabla Xorvatiyaya MƏĞLUB OLDU

244345

Bu gün Azərbaycan millisi futzal üzrə Avro-2026-nın əsas mərhələsində son oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçiriləcək oyun millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşü Kiprdən olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, 5-ci qrupda Xorvatiya sonra 18 xalla liderdir. Yunanıstan və İsveç 7 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Azərbaycan isə 2 xalla sonuncu - 4-cüdür.
 

Yığmamız bunadək İsveçlə görüşlərdə 1 dəfə uduzub (3:4), 1 dəfə heç-heçə edib (3:3), Yunanıstanla matçlarda da 1 dəfə məğlub olub (2:3), 1 dəfə heç-heçə edib (2:2).


20:00. Azərbaycan – Xorvatiya - 1:4

Qollar: O. Rüstəmli, 22 – D. Mataja, 6, 12; J. Jurlina, 9; N. Qudasiç, 32

Bakı İdman Sarayı

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO