"Barselona"nın müdafiəçisi Alexandro Balde La Liqanın son turunda "Leqanes"lə keçirilən oyunda (1:0) zədələnib.
Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik ilk hissənin sonlarında 21 yaşlı oyunçunu əvəz etmək məcburiyyətində qalıb.
"Diario AS"ın məlumatına görə, Balde bud nahiyəsindən zədələnib və ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm "Barselona"da ümumilikdə 43 oyuna çıxıb, 1 qol vurub və 10 qol ötürməsi edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:17 / 13.04.2025
3 həftə "Barselona"ya kömək EDƏ BİLMƏYƏCƏK
Hazırda oxunan: 3 həftə "Barselona"ya kömək EDƏ BİLMƏYƏCƏK
Hazırda oxunan: 3 həftə "Barselona"ya kömək EDƏ BİLMƏYƏCƏK
243926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.