Millimiz səfərdə İsveçə məğlub oldu

Millimiz səfərdə İsveçə məğlub oldu

Hazırda oxunan: Millimiz səfərdə İsveçə məğlub oldu

243684

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız bu gün İsveçlə qarşılaşıb.

Bu, komandamızın Avropa çempionatının əsas mərhələsi çərçivəsində son səfər oyunu olub.

İsveçlə görüşə yaxşı futzalçılarımız 2-ci dəqiqədə iki top fərqli üstünlük qazanıb. Millimiz fasiləyə 3:2 hesablı qələbə ilə yollansa da, meydan sahibləri geridönüş ediblər. 4:3 hesabı ilə qalib gələn İsveç sonuncu pilləni tərk edib.

Hesabında 2 xal olan yığmamız qrup sonuncusudur.

Avropa çempionatının əsas mərhələsi

5-ci qrup, V tur

11 aprel

21:00. İsveç – Azərbaycan - 4:3

Qollar: Fredrik Söderqvist, 10:23; 36:41, Petrit Zhubi, 14:59. Donat Qaşi, 38:03 - Oktay

Rüstəmli, 1:07; 1:46. Rüstəm Bağırov, 11:50

Hakimlər: Peter Nurse, Cordan qriffits, Oliver Rodrigez-Ballinger (İngiltərə)

Helsinqborq Arena

1 Xorvatiya 4 4 0 0 19-6 12

2 Yunanıstan 4 2 1 1 9-6 7

3 İsveç 5 1 1 3 12-19 4

4 Azərbaycan 5 0 2 3 12-20 2

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO