“Sabah” Berezutskini istefaya göndərir? – Klubdan AÇIQLAMA

“Sabah” Berezutskini istefaya göndərir? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Sabah” Berezutskini istefaya göndərir? – Klubdan AÇIQLAMA

243421

“Sabah” klubunun rəhbərliyi rusiyalı məşqçi Vasili Berezutskini istefaya göndərir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Bildirilir ki, rəhbərlik komandanın nəticələrindən çozx narazıdır və “Neftçi” ilə kubok mübarizəsindıə qalib olsa belə, baş məşqçi istefaya göndəriləcək.

Bu məsələ ilə bağlı klubun da mövqeyi məlum olub. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib ki, hazırda Berezutskinin istefaya göndərilməsi ümumiyyətlə gündəmdə deyil:

“Bu məsələ hal-hazırda gündəmdə deyil. Üstəlik, Berezutskinin klubla müqaviləsi var və rəhbərlik onun fəaliyyətindən razıdır. Ola bilər, komandanın nəticəsi hələ ki, ürəkaçan deyil, ancaq hələ çempionat və kubok davam edir, indidən nəyisə demək çətindir. Bir daha bildirmək istəyirəm ki, Berezutskinin istefası müzakirə olunmur”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO