“Arsenal”dan Arda Gülərlə bağlı 30 milyonluq TƏKLİF

“Arsenal”dan Arda Gülərlə bağlı 30 milyonluq TƏKLİF

Hazırda oxunan: “Arsenal”dan Arda Gülərlə bağlı 30 milyonluq TƏKLİF

243086

"Real"ın futbolçusu Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, türk oyunçunun xidmətində "Arsenal" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
 

"Topçular"ın baş məşqçisi Mikel Arteta Ardanı komandasında görmək istəyir. "Arsenal" 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İspaniya klubuna 30 milyon avroluq rəsmi təklif göndərəcək.


Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib.

Türkiyə millisinin üzvü olan gənc futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO