“Turan Tovuz”da Serrano MÜƏMMASI

“Turan Tovuz”da Serrano MÜƏMMASI

Hazırda oxunan: “Turan Tovuz”da Serrano MÜƏMMASI

242875

“Turan Tovuz” yay transfer dönəmində əsas futbolçularını komandada saxlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, Alexandro Serrano da bunlardan biridir. 

Futbolçunun müqavilə müddəti iyun ayının sonunda bitəcək. Klub rəhbərliyi artıq onunla danışıqlara başlayıb. Qərb təmsilçisi ispaniyalını heyətində saxlamaqda israrlıdır. 
 

Lakin yarımmüdafiəçi “Turan”la bağlı qərarını verməyib. O, düşünmək üçün müddət istəyib. Komandanın avrokuboklara vəsiqə qazanması halında futbolçu klubda qalacaq. Qərblilər avrokuboklara yollana bilməsə, Serrano qərarını mövsümün sonunda açıqlayacaq. 


Qeyd edək ki, Alexandro 2023-cü ilin yayında “Hebar”dan “Turan Tovuz”a keçib. O, bu mövsüm komandanın heyətində 30 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO