Qurban Qurbanov: "Ziyanı özümə vurmuşam. Cəza versələr də, problem yoxdur"

Qurban Qurbanov: "Ziyanı özümə vurmuşam. Cəza versələr də, problem yoxdur"

Hazırda oxunan: Qurban Qurbanov: "Ziyanı özümə vurmuşam. Cəza versələr də, problem yoxdur"

242744

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda yarımfinalın "Araz-Naxçıvan"a qarşı cavab oyununda əcnəbi hakim təyinatını istəyib-istəməməsi barədə sualı cavablandırıb.

Bizim.Media xəbər verir ki, Misli Premyer Liqasının XXIX turunda "Zirə" üzərində 1:0 hesablı qələbədən sonra 52 yaşlı mütəxəssis mətbuat konfransında iştirak edib. Q.Qurbanov "Kubokun cavab qarşılaşmasında əcnəbi hakim istəyirsinizmi?" sualına belə cavab verib: "Yox".

Təcrübəli mütəxəssis "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları oyunda planşeti sındırmasına görə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılmamasını belə şərh edib:

"Niyə cəzalandırsınlar ki? O epizodda hakimə etiraz etmirdim. Belə deyək, oyundan kənar bir epizod idi. Ziyanı özümə vurmuşam. Cəza versələr də, problem yoxdur. Haqlıdırlarsa, problem yoxdur".

Xatırladaq ki, "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında AK-nin yarımfinalı üzrə cavab matçı aprelin 23-də baş tutacaq. (Offsideplus.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO