"Bavariya"nın futbolçusu Camal Musiala Çempionlar Liqasının 1/4 final mərhələsində "İnter"lə ilk oyunu buraxacaq.
Bizim.Media xəbər verir ki, o, Almaniya Bundesliqasının 28-ci turunda "Auqsburq"la matçda (3:1) zədələnib.
Klubun idman direktoru Maks Eberl məsələ ilə bağlı danışıb. O, 22 yaşlı yarımmüdafiəçinin "İnter"lə görüşdə meydana çıxa bilməyəciyini qeyd edib.
Musialanın komandaya nə vaxt qoşulacağı hələlik məlum deyil.
Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm "Bavariya"nın heyətində 40 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə verib.
Əlavə edək ki, "Bavariya" ilə "İnter" arasında ilk oyun aprelin 8-də, cavab görüşü isə aprelin 16-da keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
02:34 / 06.04.2025
Çempionlar Liqası oyununu buraxacaq
Hazırda oxunan: Çempionlar Liqası oyununu buraxacaq
Hazırda oxunan: Çempionlar Liqası oyununu buraxacaq
242597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.