Azərbaycan millisi Litvaya qalib gəldi

Azərbaycan millisi Litvaya qalib gəldi

Hazırda oxunan: Azərbaycan millisi Litvaya qalib gəldi

242472

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 4-cü qrupunda Litvanın qonağı olub.

Vilnüsdəki “Jalgiris” stadionunda keçiriləcək qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə yekublaşıb. Qolları Esra Manya (20-ci dəq.) və Nigar Mirzəliyeva (55) vurublar.

Bu qələbə sayəsində 2 oyundan sonra Azərbaycan millisi xalını 4-ə yüksəldib. Qrup lideri Monteneqronun da eyni xalı var. Aprelin 8-də Azərbaycan millisi səfərdə məhz bu komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda keçirilən Azərbaycan - Montenqro ilə matçı heç-heçə (0:0) başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO