AFFA Alluşla bağlı şikayətə baxdı - Qərar verildi

AFFA Alluşla bağlı şikayətə baxdı - Qərar verildi

Hazırda oxunan: AFFA Alluşla bağlı şikayətə baxdı - Qərar verildi

242452

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, federasiya tribubalın qərarlarını açıblayıb.

“Səbail” komandasının futbolçusu Süleyman Alluş (Soulyman Allouch) barəsində verilən qərardan şikayət təmin edilməyib.

Misli Premyer Liqasında 26-cı turun “Zirə” – “Səbail” oyununda Süleyman Alluşun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 3000 AZN məbləğində cərimə olunması barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

Bunda başqa, I Liqada çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu barəsində verilən qərardan şikayətə də baxılıb.

Nəzərli Muxtar Mehman oğlunun danışılmış oyunlarda iştiraka görə futbolçunun ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədar olaraq təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO