KONKAKAF Çempionlar Kuboku: Messinin komandası uduzdu – VİDEO

KONKAKAF Çempionlar Kuboku: Messinin komandası uduzdu – VİDEO

Hazırda oxunan: KONKAKAF Çempionlar Kuboku: Messinin komandası uduzdu – VİDEO

242175

Argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi ABŞ-ın "İnter Mayami" komandası KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Mayami təmsilçisi səfərdə “Los-Anceles”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 57-ci dəqiqədə Neytan Ordas vurub .

Qonaq komandanın heyətində Lionel Messi, uruqvaylı hücumçu Luis Suares, ispaniyalı müdafiəçilər Serxio Busqets və Jordi Alba 90 dəqiqə meydanda olublar.

Qeyd edək ki, cavab matçı aprelin 9-dan 10-na keçən gecə Floridada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO