Messinin mühafizəçisinə bu qadağa QOYULDU

Messinin mühafizəçisinə bu qadağa QOYULDU

Hazırda oxunan: Messinin mühafizəçisinə bu qadağa QOYULDU

241799

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin mühafizəçisi Yassin Çeukonun MLS çempionatının oyunları zamanı meydana daxil olmasına qadağa qoyulub. 

Bizim.Media "Bolavip"ə istinadən xəbər verir ki, bu, hər stadionunun əlavə köməyə ehtiyacı olmayan mühafizəsinin olması ilə bağlıdır. 

37 yaşlı hücumçunun cangüdəni daha əvvəl bir neçə dəfə meydana daxil olub. Bu, azarkeşlərin Messi ilə şəkil çəkdirməsinə görə baş verib. 

Mühafizəçi açıqlamasında artıq meydana çıxmağına icazə verilmədiyini təsdiqləyib: 

"Yeddi il Avropada, Liqa 1-də və Çempionlar Liqasında çalışdım. Bu müddət ərzində meydana cəmi altı nəfər daxil oldu. ABŞ-da 20 ayda 16 cəhd olub. Burada böyük problem var, problem mən deyiləm. Əlbəttə, liqanın qərarını da başa düşürəm". 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO