Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, 28 yaşlı hücumçunun komandası XXVII turda "Reqensburq"un qonağı olub. "Yanştadion"da baş tutan qarşılaşmada meydan sahibi komanda 2:1 hesablı qələbə qazanıb. Emreli görüşün 77-ci dəqiqəsində Cenis Antistenin əvəzinə oyuna girib.
Bu nəticədən sonra "Nürnberq" 41 xalla 8-ci, "Reqensburq" isə 19 xalla sonuncudur.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm II Bundesliqada keçirdiyi 16 matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:10 / 30.03.2025
Mahir oynadı, “Nürnberq” məğlub oldu
Hazırda oxunan: Mahir oynadı, “Nürnberq” məğlub oldu
Hazırda oxunan: Mahir oynadı, “Nürnberq” məğlub oldu
241624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.