Gimnastlarımız Bakıdakı beynəlxalq turnirdə gümüş medal qazandı

Gimnastlarımız Bakıdakı beynəlxalq turnirdə gümüş medal qazandı

Hazırda oxunan: Gimnastlarımız Bakıdakı beynəlxalq turnirdə gümüş medal qazandı

241452

Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.

Bizim.Media xəbər verir ki, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.

Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafata sahib çıxıb.

Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub. Bundan əlavə, dörd yeniyetmə finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.

Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO