"Böyük Dəbilqə"də daha 5 cüdoçumuz mübarizəyə qoşulur

"Böyük Dəbilqə"də daha 5 cüdoçumuz mübarizəyə qoşulur

Hazırda oxunan: "Böyük Dəbilqə"də daha 5 cüdoçumuz mübarizəyə qoşulur

240496

Bu gün Azərbaycanın daha 5 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə təmsilçilərimiz 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Kişilər arasında Qədir Hüseynov, Rüdət Şövlətov (hər ikisi 73 kq) və Məhərrəm İmamverdiyev (81 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO