Emrelinin bu addımı müzakirəyə SƏBƏB OLDU

Emrelinin bu addımı müzakirəyə SƏBƏB OLDU

Hazırda oxunan: Emrelinin bu addımı müzakirəyə SƏBƏB OLDU

240194

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli növbəti hərəkəti ilə Allmaniya mətbuatının gündəminə düşüb.

Bizim.Media xəbər verir ki, martın 16-da keçirilən 2-ci bundesliqanın 26-cı turun matçında Mahirin komandası “Nürnberq” öz meydanında “Qroyter”i qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb.
 

“Bild” qəzeti yazır ki, Emreli matçdan sonra sona qədər komanda yoldaşları ilə qalaraq qələbəni tribunaya toplaşan fanatlarla qeyd etməyib. Nəşr bunu azərbaycanlı futbolçu tərəfindən eqoist hərəkət kimi dəyərləndirib.


“Nürnberq”in baş məşqçisi Miroslav Kloze məsələ ilə bağlı qəzetə deyib ki, azərbaycanlı futbolçunun milliyə yollanması ilə bağlı vaxt azlığı olub:

“O, oyundan dərhal sonra hamı ilə sağollaşdı. Bu, əvvəlcədən razılaşdırılmışdı. O, Münhendən uçurdu və stadiondan nə qədər tez çıxa biləcəyini bilmirdi. Çünki stadion dolu idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO