Monteneqro millisinin sabiq futbolçusu Andriya Delibaşiç vəfat edib.
Bizim.Media xəbər verir ki, onun apreldə 44 yaşı tamam olacaqdı. 2023-cü ilin mart ayında sabiq hücumçuda beyin şişi aşkar olunub.
O, əməliyyat olunmuşdu və hətta "Buduçnost" klubunun idman direktoru vəzifəsində çalışmağa başlamışdı.
Qeyd edək ki, Andriya Delibaşiç "Partizan"la Serbiya çempionu, "Benfika" ilə isə Portuqaliya çempionu olub. O, karyerası ərzində həmçinin "Rayo Valyekano", "Erkules", "Real Sosyedad", "Malyorka" kimi klublarda da oynayıb. Millisinin heyətində 21 matça çıxaraq 6 qol vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:41 / 19.03.2025
Keçmiş futbolçu VƏFAT ETDİ
Hazırda oxunan: Keçmiş futbolçu VƏFAT ETDİ
Hazırda oxunan: Keçmiş futbolçu VƏFAT ETDİ
240163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.