“Barselona”nın müdafiəçisi millidən KƏNARLAŞDIRILDI

“Barselona”nın müdafiəçisi millidən KƏNARLAŞDIRILDI

Hazırda oxunan: “Barselona”nın müdafiəçisi millidən KƏNARLAŞDIRILDI

239805

“Barselona”nın müdafiəçisi İniqo Martines İspaniya millisinin heyətindən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 

33 yaşlı futbolçu sağ dizindəki zədə (menisküs ətrafının iltihabı) səbəbindən qarşıdakı oyunlar üçün İspaniya millisinə kömək edə bilməyəcək.


Milli komandanın baş məşqçisi Luis de la Fuente onun yerinə komandaya “Bornmut”dan Dekan Heyseni dəvət edib.

Qeyd edək ki, İspaniya millisi martın 20-də və 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderland yığması ilə iki görüş keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO