"Sportinq"in futbolçusu Viktor Qyökereşi transfer etmək üçün mübarizəyə "Real" da qoşulub.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
26 yaşlı hücumçunun oyunu Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin diqqətini cəlb edib. Klub rəbərliyi isə Ançelottinin bu istəyinə müsbət yanaşıb. "Real" isveçli futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
"Kral klubu" Qyökereşin transferinə uzunmüddətli yatırım kimi yanaşır.
Qeyd edək ki, Qyökereş cari mövsüm "Sportinq" üçün 40 matçda 39 qol vurub və 9 qolun ötürməsini verib. Onu transfer etmək istəyən klublar arasında "Mançester Yunayted və "Mançester Siti" də var.
Bizim.Media

- A-
- A
- A+
İdman
06:16 / 15.03.2025
"Real" 100 milyonluq TRANSFERƏ hazırdır
Hazırda oxunan: "Real" 100 milyonluq TRANSFERƏ hazırdır
Hazırda oxunan: "Real" 100 milyonluq TRANSFERƏ hazırdır
239407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.