AFFA-ya şikayət olundu - Cəza AZALDILDI

AFFA-ya şikayət olundu - Cəza AZALDILDI

Hazırda oxunan: AFFA-ya şikayət olundu - Cəza AZALDILDI

238828

Azərbaycanın 2-ci liqa təmsilçisi  “Hypers Quba" klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsinin Ruslan Qurbanov barəsində tətbiq etdiyi 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəzanın şərti olaraq tətbiq edilməsinə qərar verilib.
 

Futbolçuya üç aylıq sınaq müddəti təyin edilib. Sınaq müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən etibarən hesablanacaq. Quba təmsilçisinin 300 manatlı cərimə olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.


Xatırladaq ki, Azərbaycan millisinin sabiq üzvü 14-cü turda "Şəmkir"lə matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO