"Turan Tovuz" 10 nəfərlə "Neftçi" ilə bərabərə qaldı - VİDEO

"Turan Tovuz" 10 nəfərlə "Neftçi" ilə bərabərə qaldı - VİDEO

Hazırda oxunan: "Turan Tovuz" 10 nəfərlə "Neftçi" ilə bərabərə qaldı - VİDEO

238664

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Neftçi" öz meydanında "Turan Tovuz"la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, "Neftçi" turnir cədvəlində 28 xalla 6-cı, "Turan Tovuz" isə 43 xalla 4-cü pillədə yer alıb.

Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qol vurulmayıb. İkinci dövrənin oyununda da bərabərlik qeydə alınıb - 1:1.

Bu gün "Sumqayıt" - "Kəpəz" matçı da keçirilib. Oyun "kimyaçılar"ın 3:0 hesablı qələbəsi ilə bitib.

10 mart

19:30. “Neftçi” – “Turan Tovuz” - 1:1

Qollar: Bassala Sambu, 88 (1:0), Hayderson Hurtado, 90+5 (1:1)

Qırmızı vərəqə: Emmanuel Hakman, 18 ("Turan Tovuz")

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Akif Əmirəli.

"Neftçi Arena"






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO