“Barselona” Neymarın qayıtmasını İSTƏMİR

“Barselona” Neymarın qayıtmasını İSTƏMİR

Hazırda oxunan: “Barselona” Neymarın qayıtmasını İSTƏMİR

238260

"Santos"un futbolçusu Neymar Avropaya qayıtmaq istəyir.

Bizim.Media xəbər verir ki, braziliyalı vinger yayda klubu ilə müqaviləsi başa çatdıqdan sonra yenidən böyük klubların birində çıxış etmək arzusundadır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Neymarın meneceri Pini Zahavi ulduz futbolçunu "Barselona" və "Bavariya"ya təklif edib. Lakin hər iki klub 33 yaşlı ön xətt oyunçusunun xidmətində maraqlı olmadığını bildirib.

Qeyd edək ki, Neymar yanvar ayında "Əl-Hilal"dan ayrıldıqdan sonra "Santos"a keçib. Braziliya millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO