"Bakıda podiuma çıxacağımı gözləmirdim" – 3-cü yeri tutan pilot

Hazırda oxunan: "Bakıda podiuma çıxacağımı gözləmirdim" – 3-cü yeri tutan pilot

23755

"İnanılmazdır. Nə deyəcəyimi bilmirəm. Yarış möhtəşəm idi".

Bizim.Media xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutan "Alpha Tauri" komandasının pilotu Pyer Qasli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırıldı - FOTOLAR


Fransalı sürücü Bakıda podiuma çıxacağını gözləmədiyini bildirib: "Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır".

Qasli bugünkü yarışın çox çətin keçdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisini "Red Bull"dan Serxio Peres qazanıb. "Aston Martin"in üzvü Sebastian Fettel ikinci olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO