Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” heyətini gücləndirir.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi yeni mərkəz müdafiəçisi ilə anlaşıb.
Bölgə klubu Keniya millisinin üzvü Conston Omoruanı heyətinə cəlb edib. 26 yaşlı oyunçu yaxın günlərdə “Kəpəz”lə münasibətləri rəsmiləşdirəcək. Elita təmsilçisi bununla müdafiə xəttində rəqabəti artırmağı hədəfləyir.
Qeyd edək ki, Conston Omoruanın son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub. O, 2019-cu ildən bəri Keniya millisinin heyətində 21 oyun keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media