“Zirə” legionerinə 800 min avro qiymət qoydu

“Zirə” legionerinə 800 min avro qiymət qoydu

Hazırda oxunan: “Zirə” legionerinə 800 min avro qiymət qoydu

236736

“Zirə”nin legioneri Salifa Sumaya xarici klubların marağı artmaqda davam edib. 

Bizim.Media xəbər verir ki, son olaraq Fransanın “Qrenobl” komandası qvineyalı oyunçunu transfer etmək istəyib.

Onlar futbolçu üçün “Zirə”yə 400 min avro təklif ediblər. Ancaq qəsəbə təmsilçisi bu təklifi qəbul etməyib. Son məlumatlara görə “Zirə” Sumaya 800 min avro qiymət qoyub. 

Bundan əlavə onu heyətə cəlb etmək istəyən sonrakı satışdan da 30 faiz məbləği “Zirə”nin hesabına köçürməlidir. 
 

Bu arada Bolqarıstan mətbuatının iddiasına görə bu ölkənin SSKA klubu hücumçunu mövsümün sonunda heyətə qatacaq. 


Qeyd edək ki, Sumanın müqaviləsi 2026-cı ilin sonuna qədərdir. O, “Zirə”də qalmaq istəmir və karyerasını Avropa klublarının birində davam etdirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO