Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, iki gün davam edən yarışda 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparıblar.
Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla başa vurublar. Tamblinq üzrə millinin üzvlərindən Adil Hacızadə qızıl, Tofiq Əliyev isə gümüş mükafata sahib çıxıb.
Turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış ediblər. Bu növ üzrə Selcan Mahsudova və Əli Niftəliyev cütlüyü bürünc medala yiyələnib.
Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 9 idmançı ilə təmsil olunub.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:40 / 24.02.2025
Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 3 medalla başa vurdular
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 3 medalla başa vurdular
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 3 medalla başa vurdular
236172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.