"Mançester Siti"nin futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 26-cı turunun "Liverpul"la oyununu buraxa bilər,
Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola danışıb. O deyib:
"Haaland oynayacaq? Mən hələ də bunu bilmirəm. Sabah öyrənəcəyik. Bəli, bəlkə də oynaya biləcək, amma hələlik dəqiq məlumat yoxdur. Bu gün və sabah məşq edəcəyik. Sonra o, testlərdən keçəcək”.
Qeyd edək ki, “Mançester Siti” - "Liverpul" matçı fevralın 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Xatırladaq ki, Haaland Çempionlar Liqasının pley-offunun "Real"la cavab matçını (1:3, ilk oyun - 2:3) buraxmışdı. Buna səbəb onun özünü pis hiss etməsi olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 23.02.2025
Haaland "Liverpul"la oyunu BURAXA BİLƏR
Hazırda oxunan: Haaland "Liverpul"la oyunu BURAXA BİLƏR
Hazırda oxunan: Haaland "Liverpul"la oyunu BURAXA BİLƏR
236059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.