Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinə yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.
Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də dörd matç keçiriləcək.
Belə ki, "Real Betis" klubu "Gent"lə, "Haydenhaym" klubu "Kopenhagen"lə, "Lyublyana" klubu "Borats Banya Luka" ilə, "Pafos" isə "Omoniya" ilə qarşılaşacaq.
Digər dörd oyun Bakı vaxtı ilə gecəyarısı start götürəcək. APOEL klubu "Çelye"ni, "Yaqelloniya" klubu TSC-ni, "Panatinaikos" klubu "Reykyavik"i, "Şamrok Rovers" isə "Molde"ni qəbul edəcək.
Xatırladaq ki, "Çelsi" (İngiltərə), "Vitoriya de Gimarayeş" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Rapid" (Avstriya), "Dyürqarden" (İsveç), "Luqano" (İsveçrə), "Legiya" (Polşa) və "Serkle Brügge" (Belçika) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
20 fevral
Saat 21:45, "Real Betis" - "Gent";
Saat 21:45, "Haydenhaym" - "Kopenhagen";
Saat 21:45, "Lyublyana" - "Borats Banya Luka";
Saat 21:45, "Pafos" - "Omoniya".
21 fevral
Saat 00:00, APOEL - "Çelye";
Saat 00:00, "Yaqelloniya" - TSC;
Saat 00:00, "Panatinaikos" - "Reykyavik";
Saat 00:00, "Şamrok Rovers" - "Molde".
Bizim.Media

- A-
- A
- A+
İdman
09:10 / 20.02.2025
Konfrans Liqasında 1/8 finala yüksələn bütün komandalar bəlli olacaq
Hazırda oxunan: Konfrans Liqasında 1/8 finala yüksələn bütün komandalar bəlli olacaq
Hazırda oxunan: Konfrans Liqasında 1/8 finala yüksələn bütün komandalar bəlli olacaq
235610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.