Valverde: "Arda Gülerə dəstək oluruq"

Valverde: "Arda Gülerə dəstək oluruq"

Hazırda oxunan: Valverde: "Arda Gülerə dəstək oluruq"

235598

"Real"ın futbolçusu Federiko Valverde komanda yoldaşı Arda Gülər haqda danışıb. 

Bizim.Media Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyə millisinin üzvünün komandadan mümkün gedişi haqda belə deyib: 
 

"Düşünürəm ki, Arda möhtəşəm oyunçudur. O, bu yaxınlarda komandaya gəlib və "Real"da böyük təcrübə yığıb. Bizim üçün xoşdur ki, o, komandada öz yeri uğrunda mübarizə aparır. O, bu klubun əfsanəsi olmaq və iz qoymaq üçün bütün keyfiyyətlərə malikdir. Komanda yoldaşları olaraq biz ona dəstək oluruq və kömək edirik.


"Real"da olan bir çox gənc futbolçular icarəyə getməli, ya da ehtiyatda qalmalı olublar. Bu isə oyunçu üçün elə də yaxşı bir şey deyil. Lakin səni yetişdirən budur ki, sabah bu klubla və bu qədər təzyiqlə qarşılaşma növbəsi sənə çatanda hazır olasan".

Qeyd edək ki, daha öncə mətbuatda Arda Gülərin ehtiyat oyunçular arasında qalmasından narazı qalması ilə bağlı xəbərlər yayılmışdı.

O, "Real"a 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer olunub və bu müddət ərzində 40 matçda 9 qol vurub və 5 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO